Yığmamız Almaniyaya 22, Lüksemburqa 26 futbolçu ilə gedəcək
31.07.2009 - 13:40
Yığmamız Almaniyaya 22, Lüksemburqa 26 futbolçu ilə gedəcək
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Bernard Lippert komandaya 22 futbolçu çağırıb.

Komanda bu gün Bakıda başlanan təlim-məşq toplanışını sabahdan etibarən Almaniyanın Frankfurt şəhərində davam etdirəcək. Lippertin yetirmələri hazırlığın son mərhələsini Lüksemburqda keçirəcək. Komandamız avqustun 8-12-də toplanış keçirdiyi bu ölkənin U-21-i ilə ayın 11-dəki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Hazırlıqların ilk hissəsində Elçin Sadıqov, Qara Qarayev, Eşqin Quliyev, Qeyrət Əliyev, Emin Cəfərquliyev, Aqil Məmmədov, Kamil Nurəhmədov, Cavid Səfərov, Tural İsgəndərov, Fariz Məmmədov, Nodar Məmmədov, Taqim Novruzov, Fərrux Rəhimov, Anar Qasımov, Cavid Rəhimov, Emin Mustafayev, Pərvin Paşayev, Vurğun Hüseynov, Əfran İsmayılov, Maksim Medvedev, Rauf Əliyev, Bəxtiyar Soltanov iştirak edəcək.

Daha 4 futbolçu hazırda Azərbaycan milli komandasının heyətində hazırlıq keçən Cavid İmamverdiyev, Şəhriyar Rəhimov, Tural Nərimanov və Rahid Əmirquliyev avqustun 7-də “22-liy”ə qoşulacaq.
0