Bolqar futbolçu: Hakim “Bakı”nın təmiz penaltisini vermədi
31.07.2009 - 13:49
Bolqar futbolçu: Hakim “Bakı”nın təmiz penaltisini vermədi
“Bakıdakı heç-heçəyə sevinməli və buna görə, həm qapıçımız Georgi Petkov, həm də hakimə minnətdar olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun əfsanəsi Emil Spasov deyib.

Futbol veteranı vaxtilə uğurları üçün çalışdığı komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Bakı” ilə ilk oyununu bəyənməyib: “Əvvəlki məşqçi qalsaydı, Bakıdan qələbə ilə dönərdik. İndi isə oyun heç xoşuma gəlmədi. Hakim isə əla oyun göstərdi. O, “Bakı” nın xeyrinə olan təmiz penaltini vermədi. Məncə, hakim epizodu yaxşı görməmişdi. Sonra başladı səhvini kompensasiya etməyə. Fikrimcə, bir vəziyyətdə aşkar rəqibin xeyrinə qərar verdi. “Bakı”nı keçmək üçün komanda rəqibin zəif olması haqda fikri başından atmalıdır”.

Komandanın digər veteranı, həm futbolçu, həm də məşqçi kimi “Levski”yə xidmət etmiş Dobromir Jeçev də sofiyalıların göstərdiyi oyundan narazıdır: “Komandamız yalnız 60 dəqiqə mübarizə apardı. Sonra isə oyunda dönüş yaradan, sanki yenilənən “Bakı” önündə tək qapıçımız qalmışdı. Petkovun səyləri ilə uduzmadıq. Heç olmasa, bu nəticə cavab matçı ərəfəsində ümid verir”.

Bolqar futbolunun əfsanələrindən olan Nikolay İliyev isə “Levski”nin mərhələ keçməli olduğunu zəruri sayır: “Bakı” keçiləsi rəqibdir. Ona görə də “Levski” büdrəsə, ona bəraət olmayacaq. Belə bir rəqiblə də bacarmırıqsa, qrup mərhələsində nə işimiz var? Mən bir şeyi başa düşmürəm. Axı Yusuf Rabeh kimi yöndəmsiz, ləng futbolçu ilə nə etmək olar? Özü də o, Bolqarıstan çempionatının ən yaxşı müdafiəçisi hesab olunur. Üstəlik, Feliks Almeydanı da vurdu. Yaxşı ki, hakim onu cəzalandırmadı. Amma o komandanı azlıqda da qoya bilərdi. Belə vəziyyətdə o yoldaşlarının əziyyətini yerə vurmuş olacaqdı. Düşünürəm ki, klub rəhbərliyi onu cəzalandırmalıdır. Demirəm ki, ehtiyat oyunçular skamyasında göndərsinlər. Amma para cəzası tətbiq etmək olar”.
0