“Simurq”u “Avni Aker” stadionuna buraxmadılar
31.07.2009 - 14:39
“Simurq”u “Avni Aker” stadionuna buraxmadılar
Tarixində ilk dəfə Türkiyədə təlim-məşq toplanışı keçirən Zaqatalanın “Simurq” klubunun planlarında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Roman Pokoranın yetirmələrinin "Trabzon Karadenizspor" komandası ilə görüşünün yeri dəyişdirilib. Zaqatalalılar bu rəqiblə Trabzon şəhərinin əsas arenası olan “Avni Aker” stadionunda qarşılaşmalı olsa da, sonradan komandaların bu meydana buraxılmaması məlum olub. Buna şəhərin əsas klubu “Trabzonspor”un sabah Hollandiyanın “Maastrixt” komandasını burada qəbul etməsi səbəb olub. “Simurq”un bu günkü qarşılaşması isə "Sahil 2" stadionunda baş tutacaq.
0