Vəhşilik, cinayət əməli və ya Petkov Bakıda azarkeşlərə niyə dil çıxardırdı?
31.07.2009 - 15:08
Vəhşilik, cinayət əməli və ya Petkov Bakıda azarkeşlərə niyə dil çıxardırdı?
Bolqarıstan mətbuatında “Levski” klubunun Çempionlar Liqasının (ÇL) üçüncü təsnifat mərhələsi çərçivəsində “Bakı” ilk oyunu haqda müzakirələr səngimir. Apasport.az saytının məlumatına görə, həmkarlarımız müdafiəçiləri Yusuf Rabehin rəqib futbolçu Feliks Felipe Almeydanın başına təpiklə zərbə vurmasını yaramaz hərəkət sayır. Onlar belə qayda pozuntusunu vəhşilik və cinayət əməlinə bənzər bir şey adlandırıblar.

Həmin kobudluq yüz faiz penalti zərbəsi ilə qiymətləndirilməli olsa da, norveçli baş hakim Sven Oddvar Moenin fiti susdu. Həmin anda Rabehin hesabında bir sarı vərəqə var idi və ikincisini də alacağı halda, meydandan qovulacaqdı. Ancaq bu sonuncu ümid folu nə qırmızı, nə də penaltiyə bərabər oldu. Aldığı zərbə nəticəsində dərhal huşunu itirən Feliksə xeyli müddət yardım göstərildi. Bu, həm meydanda, həm də ondan kənarda edilsə də, futbolçu özünə gəlmədi. Təcili-tibbi yardım maşınında azarkeşlərin alqışları altında Mərkəzi Klinik Xəstəxanaya aparılan braziliyalı hücumçu orada özünə gəldi.

“Levski”nin belə kobud oyunu ilə ad çıxaran komandadır və deyəsən, elə buna görə özünə nifrət qazanır. Belə ki, ötən mövsüm elə ÇL-də Belarusun BATE klubuna ləkə yaxan, ona qarşı meydanda və ondan kənarda tərbiyəsizlik edən sofiyalıların pisliyi özünə qalıb. Borisov təmsilçisi “Levski”ni yenərək, turnirin qrup mərhələsinə vəsiqə qazanıb. Mübarizəni UEFA kubokunda davam etdirən “Levski” elə ordan da tezliklə kənarlaşdırılıb. Ancaq göründüyü kimi, bütün bunlar bolqarlara dərs olmayıb və Bakıdakı oyun heç nəyin dəyişmədiyini göstərdi.

Həmin görüşlə bağlı daha bir diqqəti çəkən məqam “Levski”nin qapıçısı, eyni zamanda kapitanı Georgi Petkovun hərəkəti ilə bağlıdır. Belə ki, təcrübəli futbolçu daim azarkeşlərinə dilini göstərirmiş. İndi hamını bir sual maraqlandırır: görəsən bunu etməyə Petkovu nə vadar edibmiş?
0