“Karvan” “Boluspor”u böyük hesabla yendi
31.07.2009 - 15:27
Bolu şəhərində təlim-məşq toplanışı keçən Yevlaxın "Karvan" klubu "Boluspor"la yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Bank Asya 1-ci liqasında mübarizə aparan "Boluspor"u Leandro Qomeş (2), Markos Ferreyra, Anar Həsənov və Dövlətmurad Atayevin qolları ilə 5:0 hesabı ilə darmadağın edən Yunis Hüseynovun komandası Azərbaycana avqustun 8-də dönəcək.
Qeyd edək ki, Yevlax təmsilçisinin düşərgəsində bir zamanlar bu komandanın heyətində çıxış etmiş Fil Dişi Sahilindən olan Yakuba Bamba və tunisli Bəşir Moqadi də yer alır.
Qeyd edək ki, Yevlax təmsilçisinin düşərgəsində bir zamanlar bu komandanın heyətində çıxış etmiş Fil Dişi Sahilindən olan Yakuba Bamba və tunisli Bəşir Moqadi də yer alır.
0
0