“İnter” “Simurq”u aldadan futbolçu ilə müqavilə bağlayır?
01.08.2009 - 23:05
“İnter” “Simurq”u aldadan futbolçu ilə müqavilə bağlayır?
Növbəti mövsümə Bolqarıstanda hazırlaşan Bakının “İnter” klubuna daha 3 futbolçu baxışa gəlib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kaxaber Sxadadze braziliyalılar Karlos Frontini və Adriano Korrea ilə yanaşı, Latviya yığmasının hücumçusu Girts Karlsonsu sınaqdan keçirir. Onların komandada qalıb-qalmayacağı yaxın günlərdə bilinəcək.

Qeyd edək ki, Karlsons bir müddət öncə avroliqada biabırçılıqla üzləşən “Simurq” klubunun maraq dairəsində idi. Hətta Zaqatala təmsilçisinə ilkin olaraq razılıq verən və danışıqlar aparmaq üçün Bakıya da gələn latviyalı futbolçu son anda müqavilə bağlamaqdan imtina etmişdi.
0