“Levski”də ciddi itki
03.08.2009 - 09:29
“Levski”də ciddi itki
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” klubunun rəqibi olan Bolqarıstan “Levski”si aparıcı futbolçularından birini itirib. Apasport.az saytının məlumatına görə, Superkubok uğrunda oyunda “Liteks”ə qarşı görüşdə sofiyalıların yarımmüdafiəçisi Vladimir Qadjev ciddi zədələnərək sıradan çıxıb.

Ötən mövsüm Yunanıstanın “Panatinaikos” klubunda oynamış Vladimir Bolqarıstan yığmasına namizədlərdən sayılsa da, bu zədə onun arzusunu gözündə qoyub. İlkin müayinə futbolçunun 4-6 ay yaşıl meydanlardan kənar qalacağını göstərib. Lakin təkrar müayinə zamanı bu müddətin 6-9 ay olacağı müəyyənləşib. Beləliklə, Qadjev avqustun 5-də Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşündə “Bakı” ilə matçda iştirak edə bilməyəcək.
0