Aleksin 2 qolu = Superkubok
03.08.2009 - 09:40
Aleksin 2 qolu = Superkubok
Türkiyə Superkubokunun növbəti qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İstanbulun “Fənərbaxça” klubu fəxri mükafatın yeni sahibi olub. “Sarı-lacivərdlilər” “Beşiktaş”la həlledici görüşdə 2:0 hesabı ilə qalib gəliblər.

Matçın taleyini son 15 dəqiqədə Aleks de Souza həll edib. 75-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən braziliyalı son saniyələrdə daha bir dəfə fərqlənib. Bununla da, almaniyalı mütəxəssis Kristof Daum “Fənərbaxça”ya qayıdışından sonra ilk titulunu qazanıb. 2008/09 mövsümündə Türkiyə çempionluğu və kubokunu əldə edən “Beşiktaş”ın isə 3-cü dəfə Superkuboka yiyələnmək arzusu gözündə qalıb.

Qeyd edək ki, ötən çempionatda hər iki titulu Mustafa Dənizlinin yetirmələri qazandığından, “Fənərbaxça” ölkə kubokunun finalçısı qismində Superkubok oyununda mübarizə aparırdı.
0