“Honka”: bir addım öndə!
03.08.2009 - 09:45
Finlandiya çempionatında XVII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi “Honka” növbəti qələbəsini qazanıb. Espoo təmsilçisi səfərdə “MüPA”nı 3:1 hesabı ilə məğlub edib.
Hələ ilk hissədə qələbənin təməlini qoyan “Honka” Yussi Vasaranın 6-cı və Joel Perovuonun 34-cü dəqiqədəki qolları ilə üstünlük qazanıb. Qarşılaşmanın 74-cü dəqiqəsində meydan sahibləri fərqi minimuma endirsə də, bir dəqiqə keçməmiş Demba Sevec komandasının üçüncü qolunu vurub.
Üç xalı üç qolla əldə edən “Honka” xallarını 29-a çatdırıb. Bu, “Qarabağ”ın rəqibinin 1 pillə irəliləyərək, 3-cü pilləyə qalxmasına şərait yaradıb. Espoolular yalnız HİK (33) və TPS (31) klublarından geri qalır.
Qeyd edək ki, “Honka” növbəti oyununu avqustun 6-da Bakıda “Qarabağ”a qarşı keçirəcək.

- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
- Devid parıldadı: Messidən sonra ikinci het-trik
0
0