Asen Nikolov “İnter”ə toy tutdu
03.08.2009 - 09:53
Asen Nikolov “İnter”ə toy tutdu
Bolqarıstanda təlim-məşq toplanışı keçən Bakının “İnter” klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri Sofiyanın ən məşhur klublarından sayılan “Slaviya” ilə görüşüb. Rəqibin heyətində vaxtilə “Turan”, “Bakı” və “Qəbələ”də oynamış Asen Nikolov da yer alıb. Matçın qəhrəmanı da məhz o olub. Nikolov qarşılaşmanın hər hissəsində bir qol vuraraq, “Slaviya”ya 2:0 hesablı qələbə gətirib.

Qeyd edək ki, bundan öncə “İnter” "Anagenes" (Yunanıstan) komandasını üstələmişdi - 5:1. Yunanıstanın aşağı liqa təmsilçisi olan “Anagenes”lə oyunda Asif Məmmədov, Xaqani Məmmədov hərəyə iki, Anhel Qutyerres isə bir qol vurmuşdu.
0