“Bakı” ilə oyun öncəsi danışmağa söz tapmıram”
03.08.2009 - 10:18
“Bakı” ilə oyun öncəsi hətta mən özüm də danışmağa söz tapmıram. Axı, hələ də bu qarşılaşmada kimə güvənəcəyimi və buna uyğun nə edəcəyimi bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun baş məşqçisi Ratko Dostaniç deyib.
Serbiyali mütəxəssis Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Bakı” ilə cavab oyunu ərəfəsində çətinliklə üzləşdiyini gizlətməyib: “Hazırda müxtəlif dərəcəli zədəsi olan kifayət qədər futbolçumuz var. Ümidvaram ki, onlar 1-2 günə ayağa qalxacaq və çərşənbə günü bizə kömək edə biləcək. Amma hələlik qeyri-müəyyənlik içindəyik. Güvəndiyim yalnız bir şey var ki, bu da komandamızın azarkeşləridir”.
Qeyd edək ki, “Levski” - “Bakı” matçı avqustun 5-də keçiriləcək. Tərəflər arasında ilk oyun qolsuz bərabərliklə nəticələnib.

- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
- Devid parıldadı: Messidən sonra ikinci het-trik
0
0