Yığmamızın oyununa biletlər 91 manat 60 qəpiyə satılacaq
03.08.2009 - 10:32
Yığmamızın oyununa biletlər 91 manat 60 qəpiyə satılacaq
Almaniya Futbol Federasiyası (DFB) bundestimin qarşıdakı oyunlarına satılacaq biletlərin qiymətlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, almaniyalılar növbəti üç ev matçı arasında fərq qoymayıblar.

Baş məşqçi Yoahim Lövün yetirmələri sentyabrın 5-də yoldaşlıq oyununda CAR, 4 gün sonra dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan, oktyabrın 14-də isə Finlandiya ilə qarşılaşacaq. DFB bu matçlar üçün ən ucuz biletə 10 avro (təxminən 11 manat 45 qəpik) qiymət qoyub. Ən bahalı biletlər isə 80 avroya (təxminən 91 manat 60 qəpik) satılacaq.

Qeyd edək ki, Almaniya yığması afrikalılarla Leverkuzen, milli komandamızla Hannover, skandinaviyalılarla Hamburq şəhərində görüşəcək.
0