“Bakı”nın rəqibi Superkubok qazandı
03.08.2009 - 10:44
“Bakı”nın rəqibi Superkubok qazandı
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Bolqarıstanın “Levski” klubu mükafat qazanıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm ölkə çempionu tituluna yiyələnən Sofiya təmsilçisi Superkuboka da sahib çıxıb.

“Levski” özünün ev oyunlarını keçirdiyi Vasil Levski adına stadionda baş tutan qarşılaşmanın taleyini bir qol həll edib. Ölkə kubokunun son qalibi “Liteks”lə görüşdə yeganə qolu Sedrik Bardon vurub. Legionerin 65-ci dəqiqədəki qolu yeni baş məşqçi Ratko Dostaniçin bu postda ilk qələbəsini rəsmiləşdirib.
0