Subaşiç “Çanqşa” ilə bacara bilmədi - FOTO
03.08.2009 - 11:34
Subaşiç “Çanqşa” ilə bacara bilmədi - FOTO
Çin çempionatında ikinci dövrə start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Çanqçun Yatay” klubu XVI tur çərçivəsində “Çanqşa”nı qəbul edib. Meydan sahibləri yalnız ikinci hissədə məğlubiyyətdən yaxa qurtararaq, bir xalla kifayətləniblər - 1:1.

Dövrələrarası fasilədə özünə klub axtaran və Asiyanı tərk etmək istəyən 27 yaşlı serbiyalı hücumçumuz “Çanqçun Yatay”ın start heyətində yer alıb. Subaşiç meydanda 57 dəqiqə olub. Bu heç-heçədən sonra 16 matça 25 xal toplayan “Çanqçun Yatay” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Subaşiçin komandası hazırda liderdən cəmi 2 xal geri qalır.

Qeyd edək ki, 16 komandanın oynadığı Çin çempionatında 1-ci və 10-cu yerdə qərarlaşan komandalar arasında cəmi 4 xal fərq var.
0