100 milyon avroluq sığorta
03.08.2009 - 11:49
100 milyon avroluq sığorta
Madrid “Real”ının rəhbərliyi portuqaliyalı futbolçu Kriştianu Ronaldoya daha 100 milyon avro xərcləyib. Apasport.az saytının məlumatına görə, klubun prezidenti Florentino Peres 24 yaşlı yarımmüdafiəçinin sığortalanmasına qərar verib.

Nəticədə Ronaldo 100 milyon avroya sığortalanıb. Kriştianu qarşıdakı matçlarda hər hansısa ciddi zədə alacağı təqdirdə, sığorta şirkəti bu məbləği “Real”a ödəyəcək. Maraqlıdır ki, “kral klubu”nun heyətində keçirdiyi 3 yoxlama görüşündə portuqaliyalıya qarşı 34 dəfə qayda pozulub.

Qeyd edək ki, 2008-ci ildə dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilmiş Ronaldo mövsümlərarası fasilədə “Mançester Yunayted”dən “Real”a 93,4 milyon avro müqabilində transfer olunub.
0