“Neftçi” Türkiyədə “Qəbələ” ilə qarşılaşacaq
03.08.2009 - 12:49
“Neftçi” Türkiyədə “Qəbələ” ilə qarşılaşacaq
“Neftçi” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komanda Kartəpədəki növbəti yoxlama oyunu sabah keçirəcək. Flaqman qardaş ölkədə hazırlıq keçən “Qəbələ” ilə qarşılaşacaq. Sonuncu sınaq görüşü isə avqustun 6-da baş tutacaq. Bir gün sonra isə “Neftçi” Bakıya qayıdacaq.
0