Mazyar yeni komandasından da qovuldu
03.08.2009 - 12:52
Mazyar yeni komandasından da qovuldu
Zaqatalanın “Simurq” klubunun sabiq futbolçusu Vladimir Mazyar yenə qovulub. Apasport.az saytının məlumatına görə, ukraynalı hücumçunun ötən ay keçdiyi “Zakarpatye” komandasında karyerası çox qısa müddətli olub.

Ukrayna Premyer Liqasında çıxış edən Ujqorod təmsilçisinin üçüncü turdakı məğlubiyyətində Mazyar günahkar sayılıb. Donetskdə “Metallurq”la görüşən “Zakarpatye” 1:4 hesabı ilə uduzduğu qarşılaşmada ikinci qolu buraxdıqdan sonra Mazyarla bağlı qərar verib. Belə ki, baş məşqçi İqor Qamula 40-cı dəqiqədə əvəzlədiyi futbolçuya “çemodanlarını yığışdırmağı” tapşırıb. Bu isə onun komandadan qovulması deməkdir. Ötən tur “Vorskla” ilə matçın ikinci hissəsində meydanda olan Vladimirin Ukraynaya qayıdışı elə bu 85 dəqiqədən ibarət olub.

Qeyd edək ki, Mazyar “Simurq”un tarixi ərzində ən yaxşı bombardiridir.
0