Batkov Hafiz Məmmədovu ailəvi qonaq çağırıb
03.08.2009 - 13:13
Batkov Hafiz Məmmədovu ailəvi qonaq çağırıb
“Levski” klubunun sahibi Todor Batkov “Bakı”nın prezidenti Hafiz Məmmədovla dost olmaq arzusundadır. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı milyonçu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşan komandaların meydandakı rəqabətini ikinci dərəcəli sayır. Batkov həmkarı ilə dostluq münasibətlərini qurmaq üçün Məmmədovu ailəsi ilə birgə qonaq çağırıb: “Şəxsən özüm üç gün sərf edib cənab Məmmədovun səfəri ilə məşğul olacağam. Bunun Bakıdakı hava limanında başımıza gələnlərə heç bir aidiyyatı yoxdur”.
0