Legionerlərlə bağlı yeni qərar
03.08.2009 - 15:06
Legionerlərlə bağlı yeni qərar
“Premyer Liqanın növbəti mövsümündə də əcnəbi futbolçulara məhdudiyyət qoyulmayacaq. Yəni, hər bir klub heyətdə istədiyi qədər legioner oynada biləcək”. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Bununla belə, legionerlərin üzvlük haqqı dəyişdirilib. Musayev xarici oyunçulara görə 4 cür ödəniş ediləcəyini vurğulayıb. Qarşıdakı çempionat üçün 3 legioner sifariş edən klub hər futbolçunun müqabilində PFL-in büdcəsinə 10 min manat köçürəcək. 4-5-ci legionerin üzvlük haqqı 15 min, 6-8-ci legionerin üzvlük haqqı 20 min, 9-cu və sonrakı xarici futbolçulara görə isə 25 min manat ödəniş edilməlidir.

Qeyd edək ki, ötən mövsüm legionerlərin üzvlük haqqı 20 min manat idi.
0