Ramin Musayev: Foqtsun fikirlərini artıq nəzərə ala bilmərik
03.08.2009 - 15:29
Ramin Musayev: Foqtsun fikirlərini artıq nəzərə ala bilmərik
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer Liqanın təqvimində dəyişiklik edilməyəcəyini bildirib. Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümünün püşkatma mərasimində iştirak edən Musayev deyib ki, Azərbaycan milli komandasının əvvəldən nəzərdə tutulmayan təlim-məşq toplanışlarının çempionatın təqviminə təsir etməyəcək.

“Azərbaycan Premyer Liqasının təqvimi tərtib olunarkən, milli komandanın baş məşqçisi Berti Foqtsun fikirləri nəzərə alınıb. Birdən o, fikrini dəyişib toplanış keçirmək istəsə, biz çempionatın oyunlarının vaxtında dəyişiklik etməyəcəyik. Çünki artıq bunu nəzərə almağımız mümkün deyil. Onsuz da təqvim çox sıxdır. Birinci dövrədə cəmi iki ehtiyat gün var. Arzu edirəm ki, onlar da “Bakı” ilə “Qarabağ”ın qisməti olsun. Yəni onlar mərhələ keçib oyunlarını həmin tarixdə keçirsinlər” - deyə PFL prezidenti vurğulayıb. .
0