Stadionun elektrik paylayıcısı və kabellərini oğurladılar
03.08.2009 - 16:36
Stadionun elektrik paylayıcısı və kabellərini oğurladılar
Oğrular Kot d’İvuarda dünya çempionatının seçmə mərhələsinin oyununun keçirilməsini əngəlləyə bilərlər. Apasport.az saytının məlumatına görə, cinayətkarlar bu ölkənin milli komandasının Burkina-Faso ilə görüşünün nəzərdə tutulduğu “Ufue-Buanyi” stadionunu qarət ediblər.

Onlar paytaxt Əbican şəhərində yerləşən arenanın elektrik paylayıcısını və kabelləri oğurlayıblar. Kot d’İvuar Futbol Federasiyası isə sentyabrın 5-nə planlaşdırılan qarşılaşmanı gündüz keçirmək məcburiyyətində qaldıqlarını bildirib. Stadiona dəyən maddi ziyanın məbləği 65 min dollara çatıb.

Qeyd edək ki, hələ martda “Ufue-Buanyi” stadionunda tribunaların aşması səbəbindən 22 nəfər ölmüşdü. Malavi ilə qarşılaşmadakı faciəyə görə FİFA meydan sahiblərinə pul cəzası kəsmişdi.
0