“Bakı” Bolqarıstana yetişdi, Qyoko Hacıyevski iddialı danışdı
03.08.2009 - 17:19
“Bakı” Bolqarıstana yetişdi, Qyoko Hacıyevski iddialı danışdı
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində çıxış edən “Bakı” klubu artıq Bolqarıstandadır. Apasport.az saytının məlumatına görə, bakılılar yerli “Levski” ilə cavab oyunu keçirmək üçün bu gün çarter reysi ilə Sofiyaya yollanıb. Günorta saatlarında Bolqarıstan paytaxtına yetişən “Bakı”nı bu ölkənin jurnalistləri qarşılayıblar.

Komandanın baş məşqçisi Qyoko Hacıyevski fikirlərini onlarla bölüşüb: “Düşünürəm ki, “Levski”ni məğlub etmək iqtidarındayıq. Biz hücum etmək üçün bütün imkanlardan istifadə edəcəyik. Rəqibimiz güclü komanda olduğundan, onlara oynamaq üçün geniş meydan verməməliyik. Belə vacib görüş ərəfəsində komandada hər hansı bir gərginliyin olmaması da xeyrimizə işləyən amildir”.

Qeyd edək ki, “Bakı” ilə “Levski” arasında ötən həftə Bakıda keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnib. Cavab matçı avqustun 5-də olacaq.
0