Foqts: Almaniyaya böyük hesabla uduzmasaq çox sevinərəm
03.08.2009 - 17:30
Foqts: Almaniyaya böyük hesabla uduzmasaq çox sevinərəm
“Almaniya yığması ilə görüşdə rəqibdən öyrənmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

63 yaşlı mütəxəssis dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu ilə bağlı fikirlərini açıqlayıb. Almaniyalı çalışdırıcı həmyerlilərinin aşkar üstünlüyünü gizlətməyib: “Həm evdə, həm də səfərdə böyük hesabla uduzmasaq çox sevinərəm. Belə güclü rəqibə qarşı yüksək tempdə oynamalıyıq. Almaniya yığmasının qapısına qol vurmaq lotereyanı udmağa bərabərdir”.

Qeyd edək ki, Azərbaycan və Almaniya yığmaları avqustun 12-dən sonra sentyabrın 9-da Hannoverdə ikinci dəfə üz-üzə gələcəklər.
0