Türkiyəli klub prezidenti: “Simurq”u məğlub etmək böyük uğurdur
03.08.2009 - 18:13
“Zaqatalanın “Simurq” klubu avrokuboklarda oynamış güclü bir komandadır. Belə rəqibi yoldaşlıq oyununda da məğlub etmək bizim üçün böyük uğurdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə çempionatının ikinci liqasında mübarizə aparan “Qaradənizspor”un prezidenti Hüseyn Örs deyib.
“Qaradənizspor” “Trabzonspor”un farm-klubudur və komandanın əsas vəzifəsi “böyük qardaş” üçün ehtiyat qüvvə yetişdirməkdir. Buna görə də Hüseyn Örs Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Simurq”u 2:1 yenmələrindən xoşbəxtdir: “Gənc oyunçuların “Simurq”a qarşı göstərdiyi oyundan çox məmnunam. “Trabzonspor” üçün yetişdirdiyimiz futbolçular bizi ümidləndirir”.

- “Qalatasaray” Bernardo Silva transferindən imtina etdi
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
0
0