AFFA-dan daha bir sürpriz: yığmamız Braziliya ilə oynayacaq!
05.08.2009 - 15:56
AFFA-dan daha bir sürpriz: yığmamız Braziliya ilə oynayacaq!
Azərbaycan futzal yığması Braziliya ilə qarşılaşacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, milli komandamız dördqat dünya çempionlarını bu ilin oktyabrında sınağa çəkəcək. Razılığa əsasən, oyun Braziliyada baş tutacaq. Ancaq görüşün dəqiq tarixi hələlik bilinmir.

Matç braziliyalı Joze Alesio da Silvanın rəhbərlik etdiyi yığmamız üçün gələn ilin yanvarında Macarıstanda keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, indiyədək futzal üzrə dünya çempionatı 6 dəfə olub. Braziliya komandası bu çempionatlarda 4 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə bürünc medala layiq görülüb.
0