UEFA kubokunun qalibi Çempionlar Liqasında biabır oldu
06.08.2009 - 10:08
UEFA kubokunun qalibi Çempionlar Liqasında biabır oldu
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bununla da, Avropanın ən nüfuzlu klub turnirinin dördüncü təsnifat mərhələsinə yüksələn daha 10 komandanın adı məlum olub. Onlardan ikisi əsl qəhrəmanlıq göstərərək, mərhələ adlayıb. Söhbət İsveçrənin “Sürix” və Şotlandiyanın “Seltik” klublarından gedir. Bu komandalar ötən həftə öz meydanlarında uduzmalarına baxmayaraq, səfərdə qələbə qazanıblar.

Üç cütün taleyini isə səfər qolları həll edib. UEFA kubokunun son qalibi Ukrayna “Şaxtyor”u rüsvayçılıqla üzləşib. Donetsk təmsilçisi Rumıniyanın avrokuboklarda heç bir ciddi uğuru olmayan “Politexnika” komandası ilə bacarmayıb. Moldova “Şerif”i isə “Bakı”nın bacarmadığını reallaşdırıb. Onlar evdəki qolsuz heç-heçədən sonra Çexiyadan zəfərlə dönüb. Moldovalılar vaxtilə “Şəmkir” və “Karvan”ı dayandıran “Slaviya”nı son dəqiqədə Avroliqanın “qatarına mindirib”.

Ötən il sensasiyalara imza atan BATE isə öz meydanında buraxdığı erkən qolun əziyyətini çəkərək, “Ventspils”in irəliləməsi ilə barışıb. Ötən mövsüm avrokuboklarda sensasiyaları sıralayan Kiprin son çempionu da özündən söz etdirmək niyyətindədir. Belə ki, “Apoel” Serbiya “Partizan”ını yarışdan kənarlaşdırıb.

Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinin püşkü sabah atılacaq.

"Dinamo" (Moskva, Rusiya) - "Seltik" (Şotlandiya) 0:2

Makdonald, 45, Samaras, 90+1
İlk oyun - 1:0

"Maribor" (Sloveniya) - "Sürix" (İsveçrə) 0:3

Curiç, 20, Marqairas, 45, Nikçi, 76
İlk oyun - 3:2

"Politexnika" (Timişoara, Rumıniya) - "Şaxtyor" (Ukrayna) 0:0
İlk oyun - 2:2

"Slaviya" (Çexiya) - "Şerif" (Moldava) 1:1

Qlouçek, 15 - Nadson, 90
İlk oyun - 0:0

BATE (Belarus) - "Ventspils" (Latviya) 2:1

Krivets, 43, 57 - Tiriqlas, 14
İlk oyun - 0:1

"Levski" (Bolqarıstan) - "Bakı" (Azərbaycan) 2:0

Yovov, 64, Xristov, 80
İlk oyun - 0:0

"Debretsen" (Macarıstan) - "Levadiya" (Estoniya) 1:0

Kulibali, 70
İlk oyun - 1:0

"Olimpiakos" (Yunanıstan) - "Slovan" (Slovakiya) 2:0
Mareska, 35, Dioqo, 56
İlk oyun - 2:0

"Partizan" (Serbiya) - "Apoel" (Kipr) 1:0

Moreyra, 3
İlk oyun - 0:2

"Stabek" (Norveç) - "Kopenhagen" (Danimarka) 0:0
İlk oyun - 1:3
0