Ramim: Bir il əziyyət çək, sonu da belə...
06.08.2009 - 10:08
“Güclü komanda olan “Levski”yə yenildik. Sofiyada oyunumuzun alınmadığını etiraf edirəm”. Apasport.az saytının Sofiyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu fikirləri “Bakı” klubunun braziliyalı yarımmüdafiəçisi Fabio Luis Ramim deyib.
Milli komandamızın da üzvü olan 27 yaşlı braziliyalı futbolçu “Levski” ilə cavab oyununda çoxlu səhvə yol verdiklərini bildirib: “Bunun nədən yarandığını hələ də başa düşə bilmirəm. Açığı, çox məyusam və danışmağa söz tapa bilmirəm. Bir il əziyyət çəkirsən, sonu da belə alındı”.

0
0