Feliks: Problemi bizdə yox, UEFA-da axtarmaq lazımdır
06.08.2009 - 10:15
Feliks: Problemi bizdə yox, UEFA-da axtarmaq lazımdır
“Bakı”nın futbolçusu Feliks Felipe Almeyda “Levski”yə məğlubiyyətdən sonra jurnalistlərə sərt açıqlamalar verib. Belə ki, “Ekranas”la oyunlardan fərqli olaraq bolqarla görüşlərdə fərqlənə bilməyən hücumçu problemi başqa yerdə görür: “Problemi bizdə yox, UEFA-da axtarmaq lazımdır. Oyunlarımıza elə hakimləri təyin edirlər ki, sanki məqsədləri bizi uduzdurmaqdır. “Levski” ilə Bakıdakı görüşdə məni az qala öldürdülər, ancaq hakim bu epizoda biganə qaldı. Sofiyada qapımıza ofsayd epizodundan qol vurdular, isveçli hakimlər buna göz yumdular. Bu azmış kimi, hələ bir baş hakim mənə heç nədən sarı vərəqə göstərdi. Onu demək istəyirəm ki, Azərbaycan komandalarının oyunlarına təyin olunan hakimlərə xüsusi seçim etmək lazımdı. Düzdür, “Levski” kifayət qədər güclü komanda olmasına şübhəm yoxdur. Sizi deyə bilmərəm, amma mən öz oyunumdan razı qaldım”.