Foqts Almaniya ilə oyun günü də yığmamıza məşq keçəcək
07.08.2009 - 16:30
Foqts Almaniya ilə oyun günü də yığmamıza məşq keçəcək
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə avqustun 12-də keçirəcəyi oyuna hazırlıq planı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Berti Foqts komandanı daha çox Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda çalışdıracaq.

Sabah saat 10:30-da keçiriləcək məşq mətbuat üçün açıq olacaq. Ayın 9-da və 10-da məşqlər saat 10:30 və 18:00-da başlanacaq. Hazırlığın son iki günündə isə yığmamız bir dəfə məşq keçəcək. Foqts görüşdən bir gün əvvəl saat 18:00-da və hətta matç günü saat 10:30-da yetirmələrini məşq etdirəcək. Son məşq oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
0