Oliver Birhoff: Həmin proses Azərbaycanda indi başlanılıb - VİDEO
11.08.2009 - 13:13
“Azərbaycanla oyuna ciddi yanaşdığımızdan, Bakıya qarşılaşmadan iki gün əvvəl gəlmişik. Bilirik ki, rəqibimiz çox az qol buraxır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının meneceri Oliver Birhoff deyib.
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan - Almaniya oyununa həsr olunan mətbuat konfransında iştirak edən mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “Bakıda ilk gün yüngül məşq etdik. Bu gün isə əsas hazırlıq olacaq. Məhz burada Miroslav Klozenin sabahkı görüşdə oynayıb-oynamayacağı bilinəcək. Heyətə gəlincə onu deyə bilərəm ki, sabah eksperiment olmayacaq. Qapıda da Enke dayanacaq”.
Birhoffun fikrincə, Azərbaycan futbolunu dünyaya almaniyalı baş məşqçi Berti Foqts tanıtdırır: “Orta məktəbdə də yaxşı oxumuşam. Azərbaycan haqqında az-çox məlumatım var. Amma futbolunuz haqda eşitməmişdim. Berti Foqts futbolunuzu da dünyaya tanıtdı. Onun rəhbərliyi altında oynamışam. Məhz Foqts məni komandasına kapitan qoyub”.
Almaniyalı qonaq ölkəmizdə uşaq futboluna diqqətin artırılmasının müsbət nəticə verəcəyinə inanır: “2000-ci ildən etibarən Almaniyada uşaq futboluna böyük diqqət verməyə başladılar. İndi bunun bəhrəsini görürük. Azərbaycanda isə həmin proses başlanılıb. Nəticəsini isə gözləmək lazımdır”.
Birhoff mərhum azərbaycanlı hakim Tofiq Bəhramovla bağlı məsləyə də toxunub: “Təbii ki, matçın keçiriləcəyi stadionun adını daşıdığı məşhur hakim Tofiq Bəhramov haqqında da eşitmişəm. Onu Almaniyada tanısalar da, heç sevmirlər. Lakin bütün olanlar tarixdə qalıb. Sevinirik ki, Azərbaycanın belə bir hakimi olub”.

0
0