Almanlar Bakıda sensasiyaya imkan vermədilər
12.08.2009 - 21:56
Almanlar Bakıda sensasiyaya imkan vermədilər
Az sonra Bakıda möhtəşəm futbol matçı keçiriləcək. Azərbaycan milli komandası dünya çempionatının seçmə qrup mərhələsində Avropanın ən titullu yığması - üçqat dünya və üçqat qitə çempionu Almaniya ilə qarşılaşacaq. Eyni zamanda, Yoahim Lövün rəhbərlik etdiyi kollektiv indiyədək paytaxtımıza təşrif buyuran ən titullu komandadır.

Apasport.az saytı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq bu maraqlı matçın nəticəsini onlayn təqdim edəcək. Görüşdə baş verəcək maraqlı hadisələr, vurulacaq qollar, oyunsonrası baş məşqçilərin fikirləri ilə saytımız vasitəsilə tanış ola bilərsiniz.


2010-cu il dünya çempionatının seçmə mərhələsi
Avropa zonasının 4-cü seçmə qrupu


AZƏRBAYCAN - ALMANİYA - 0:2
QOLLAR:Bastian Şvanştayger, 13; Miroslav Kloze, 55
Baş hakim: Alen Kelli
Hakim köməkçiləri: Mark Duqlas, Damyen Makqrat, Yan Stoks (İrlandiya)
Hakim-inspektor: Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi: Jan-Mari Filips (Belçika)
12 avqust. Saat 21:00. Bakı. Tofiq Bəhramov adına stadionu

AZƏRBAYCAN: 1.Fərhad Vəliyev, 2.Rail Məlikov, 3.Saşa Yunisoğlu, 8.Aleksandr Çertoqanov, 5.Elnur Allahverdiyev, 14.Rəşad Sadıqov, 9.Samir Abbasov, 4.Mahir Şükürov, 10.Elvin Məmmədov, 7.Vaqif Cavadov, 18.Vüqar Nadirov

Ehtiyat oyunçular: 12.Səlahət Ağayev, 13.Ernani Pereyra, 15.Cavid Hüseynov, 16.Zeynal Zeynalov, 17.Fabio Luis Ramim, 6.Cəmşid Məhərrəmov, 11.Daniel Axtyamov
Baş məşqçi: Berti Foqts.

ALMANİYA 1.Robert Enke, 16.Filipp Lam, 17.Per Mertzakker, 4.Serdar Taşçı, 2.Marsell Schater, 15.Tomas Hitspelger, 13.Mixael Ballak, 7.Bastian Şvanştayger, 14.Piotr Traxovski, 11.Miroslav Kloze, 18.Mario Qomes

Ehtiyat oyunçular: 12.Tim Vize, 3.Arne Fridrix, 5.Heiko Vesterman, 8.Marcell Yansen, 6.Sami Kheidra, 10.Mesut Özil, 9.Cacau
Baş məşqçi: Yoahim Löv

Az sonra matçın start fiti veriləcək. Yığmamız ağ, almanlar qırmızı geyimdədir.
Oyuna komandamız başlayır.

1. Yığmamızın ilk hücumu. Hakim ofsayd qeydə alır.
2. Ballak standart vəziyyətdən qapımıza doğru zərbə vurur. Top qapıdan xeyli arlı keçir.
7.Bastian Şvanştayger də qapımıza zərbə vurmağa imkan tapır. Amma zərbə dəqiq olmur.
7. Şükürov sağ cinahdan irəliləyib qapı qarşısına ötürmə edir. Məmmədov müdafiəçilərin qaytardığı topa zərbə vurur. Qapıçı yerindədir.
8. Komandamız hesabı açmaq üçün yaxşı şans yaradır. Amma son zərbə dəqiq olmur.
10. Almanlar qapımız qarşısında təhlükəli vəziyyət yaradır. Klozenin baş zərbəsi qapıdan azca aralı keçir.
12.Qapımız önündə daha bir təhlükəli vəziyyət. Müdafiəçilərimiz dəqiq oynayır.
13. QOOOL: Bastian Şvanştayger təxminən 23-24 metrdən vurduğu gözəl zərbə ilə hesabı açır – 0:1
18. Cavadovun qapıya ilk dəqiq zərbəsi. Qapıçı yerindədir.
19. Samir Abbasov zədələnir. Onun qaşı partlayır. Həkimlər futbolçuya tibbi yardım göstərirlər.
20. Almanlar ardıcıl iki künc zərbəsi yerinə yetirirlər.
25. Abbasov meydana qayıdır.
27. Traxovskinin qapımıza zərbəsi təhlükəli olur.
29. Qomes hesabı artıra bilərdi. Onun başla vurduğu zərbə qapının yanından keçir.
34. Abbasov qapıya zərbə vurmaq istəyir. Top müdafiəçilərə dəyib meydandan çıxır.
39. Qapıçı ilə üzbəüz qalan Elnur Allahverdiyev zərbə vurmağa gecikir. Onun dizi qapıçını başına dəyir. Hakim ilk sarı vərəqəni də məhz Elnura göstərir.
42. Almanlar cərimə zərbəsi yerinə yetirirlər. Tomas Hitspelgerin zərbəsi canlı səddə dəyib meydandan çıxır.
43. Kobud oynadığı üçün Şükürov sarı vərəqə ilə cəzalandırılır.
45. Bəxtimiz gətirir. Kloze 2-3 metrdən qapıya yol tapa bilmir. Onun baş zərbəsi yerə dəyib qapının üstündən aşır.

BİRİNCİ HİSSƏ BAŞA ÇATIR

İKİNCİ HİSSƏ BAŞLAYIR


46. Topa bu dəfə ilk zərbəni almanlar vurur.
49. Elvin topla irəliləyir. Ona qarşı kobudluq edilir. Onun yerinə yetirdiyi cərimə zərbə səmərə vermir.
50. Nadirovun zərbəsi qeyri-dəqiq olur.
51. Vəliyev Ballakın zərbəsini zərərsizləşdirir.
52. Rəşad Sadıqov hesabın artmasına imkan vermir. O, topu boş qapıdan çıxarır.
53. Rail Məlikov Klozeni əli ilə saxladığı üçün sarı vərəqə ilə cəzalandırılır.
54. QOOOL: Kloze qapı tirindən dönən topu tora göndərir.
58. Komandamız əlverişli vəziyyət yaradır. Ancaq hesabın dəyişməsinə futbolçularımızın təcrübəsi çatmır.
59. Almanların müdafiə xəttində boşluq yaranır. Futbolçularımız bu dəfə də qol vura bilmirlər.
63. Nadirovun zərbəsini qapıçı dəf edir.
66. Vaqif sağ cinahdan almanların cərimə meydançasına daxil olur. Onun ötürməsinə Çertoqanov dəqiq zərbə vurmağı bacarmır.
69. Traxovski sağ cinahdan bir futbolçumuz aldadıb qapıya qeyri-dəqiq qüvvətli zərbə vurur.
70. Traxovskidən növbəti zərbə. Yenə dəqiq olmur.
74. Kloze yaranan qol fürsətini boşa verir.
75. Löv Klozeni Cacau ilə əvəz edir.
75. Nadirovu Axtyamov əvəzləyir.
77.Traxovski meydanı tərk edir. Onun yerinə meydana Yansen çıxır.
80. Cacau Abbasova qarşı kobud oynayır. Komandamız cərimə zərbəsi yerinə yetirir. Axtyamovun zərbəsi qapıdan aralı keçir.
82. Çertoqanov da sarı vərəqə alır.
83. Lövdən növbəti yunçu dəyişikliyi. Məsud Özil Maris Qomesin əvəzinə meydana çıxır.
88. Cavadov sol cinahdan bir müdafiəçini aldadıb qapıya qüvvətli zərbə vurur. Top qapının yanından keçir.
90. Hakim oyunun əsas vaxtına 3 dəqiqə əlavə edir.
90. Cacaunun zərbəsindən azacıq dəqiqlik çatmır.

OYUN BAŞA ÇATIR. MİLLİ KOMANDAMIZ OYUNDAN 0:2 HESABLI MƏĞLUBİYYƏTLƏ AYRILIR
0