Premyer Liqada birinci fiti kim çalacaq?
12.08.2009 - 17:25
Premyer Liqada birinci fiti kim çalacaq?
XVIII Premyer Liqanın I turunun təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az satına verilən məlumata görə, 14-16 avqust aralığında baş tutacaq 4 görüşü idarə edəcək hakimlər, həmçinin qarşılaşmaların hakim-inspektorları və AFFA nümayəndələri müəyyənləşib.

2009/10 mövsümündə ilk fiti çalmaq isə Anar Salmanova tapşırılıb. 39 yaşlı referi Salyanda keçiriləcək çempionatın açılış matçında söz sahibi olacaq. “Qəbələ” klubunun ev oyunlarını Mingəçevirdə keçirməsi isə Rövşən Əhmədovun evdə qalmasına səbəb olub. Mingəçevirli hakim doğma şəhərində ədalət prinsiplərini qoruyacaq.

14 avqust (cümə)

"Muğan" - "Standard"

Salyan şəhər Olimpiya stadionu, saat 18:00
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, İlham Əliyev, Azad Mütəllimov
Hakim-inspektor: Səfər Haşımov
AFFA nümayəndəsi: Bəşir Əliyev

15 avqust (şənbə)

"İnter" - "Karvan"

"Şəfa" stadionu, saat 19:00
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elman Musayev, Elçin Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
AFFA nümayəndəsi: Məmmədov Vaqif

16 avqust (bazar)

"Qəbələ" - "Simurq"

Mingəmevir şəhər stadionu, saat 18:00
Hakimlər: Rövşən Əhmədov, Roman Vasilyev, Mehman Mahmudov, Rövşən Məmmədov
Hakim-inspektor: Nizami Şərifov
AFFA nümayəndəsi: Qürbət Həsənov

"Olimpik-Şüvəlan" - "Neftçi"
"Şəfa" stadionu, saat 20:00
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Orxan Məmmədov, Əfqan Həmzəyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Məlik Həsənov
0