UEFA “Bakı” - “Bazel” matçını rumıniyalıya tapşırdı
12.08.2009 - 17:54
UEFA “Bakı” - “Bazel” matçını rumıniyalıya tapşırdı
Avropa Liqasının dördüncü təsnifat mərhələsinin oyunlarına UEFA nümayəndələri qismində təyinat alanların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu “Bakı” və “Qarabağ”ın ev oyunlarına Şərqi Avropa, səfər qarşılaşmalarına isə ada ölkələrinin nümayəndələrini göndərir.

Avqustun 20-də keçiriləcək “Bakı” – “Bazel” matçında rumıniyalı Dumitru Mihalaçe, bir həftə sonra İsveçrədə baş tutacaq cavab görüşündə isə şotlandiyalı Con Makbet təşkilati məsələlərə nəzarət edəcək.

Ağdamlıların “Tvente” ilə Hollandiyadakı matçına isə islandiyalı Qudmundur Petursson təyinat alıb. Bu komandalar Bakıda qarşılaşacaqları vaxt paytaxtımıza macarıstanlı Marton Esterhazi təşrif buyuracaq.
0