Berti Foqts: Yaxşı oynadıq, növbəti görüşlərdə qol da vurarıq
12.08.2009 - 22:40
Berti Foqts: Yaxşı oynadıq, növbəti görüşlərdə qol da vurarıq
“Fikrimcə, siz bu gün yaxşı oyun göstərən Azərbaycan yığma komandasını gördünüz. Amma təəssüf ki, biz uduzduq”. Apasport.az saytının məlumatına görə, bunu milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Almaniyaya məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında KİV nümayəndələrini azərbaycanca salamlayan Foqts bildirib ki, yetirmələri bütün bacarıqlarını meydanda qoydular: “Yalnız qol vura bilmədilər. İnanıram ki, gələn oyunlarda bunun da öhdəsindən gələcəklər”.

Həmyerlilərini qələbə münasibətilə təbrik edən alman mütəxəssis Bundestimin qrup qalibi kimi dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacağına inandığını bildirib.

Çalışdırıcı sonda qeyd edib ki, komandamızın bütün üzvləri yaxşı oynayıblar: “Saşa Yunisoğluda oyun praktikasının az olması özünü göstərdi. O, yaxşı müdafiəçidir və gələcəkdə də onunla işləyəcəyik. Axtyamov da yaxşı oynadı. Qol şansı olsaydı, reallaşdırardı”.
0