Yoahim Löv: Rəqiblər yaxşı bilirlər ki, Azərbaycanla görüşlər çətin keçir
12.08.2009 - 22:50
Yoahim Löv: Rəqiblər yaxşı bilirlər ki, Azərbaycanla görüşlər çətin keçir
“Bizim əsas məqsədimiz qalib gəlmək və 3 xal qazanmaq idi. Buna nail olduq”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.

Yığmamız üzərində qazanılan 2:0 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında alman çalışdırıcı bildirib ki, nəticədən razı qalsa da, oyundan tam razı qalmayıb: “İlk qoldan sonra irəli getmək əvəzinə arxa xətdə ləngiyirdik. 2-ci qoldan sonra da tez-tez topu itirirdik müdafiədə problemlər yaranırdı. 90 dəqiqə sürətli oynamağa gücümüz çatmadı. Gələcəkdə bunun üzərində işləyəcəyik. Azərbaycan yığması sürətli oynadı. Uzaqdan zərbələri qeyd etmək olar. Rəqiblər yaxşı bilirlər ki, Azərbaycanla görüşlər çətin keçir. Belə ki, özü qol vurmasa da, başqasının qol vurması çox çətin olur. Bakıda heç də rahat gecə keçirmədik”.
0