Jaba 1 il “Bakı”da!
14.08.2009 - 23:04
Jaba 1 il “Bakı”da!
“Bakı” heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi braziliyalı hücumçu Joao de Carvalyo ilə 1 illik müqavilə bağlayıb. Türkiyədə “Ankaragücü” klubunun heyətində çıxışı ilə tanınan 28 yaşlı Jaba komandamızın heyətində avroliqada oynaya biləcək.

Jaba son 4 mövsümdə Türkiyə Superliqasında 50-dən artıq qola imza atıb.
0