Samir Abbasov: Əvvəlki görüşlərlə müqayisədə bu dəfə yaxşı oynadıq
13.08.2009 - 00:49
Samir Abbasov: Əvvəlki görüşlərlə müqayisədə bu dəfə yaxşı oynadıq
Milli komandamızın müdafiəçisi Samir Abbasov Almaniyaya 0:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, Abbasov yığmamızın yaxşı futbol oynadığını söyləyib: “Fikrimcə, bu gün yaxşı oynadıq. Əvvəlki görüşlərlə müqayisədə bu dəfə yaxşı təsir bağışladıq”.

Nəticəyə gəlincə, futbolçu bunları deyib: “Biz dünyanın ən güclü yığmalarından biri ilə oynadıq. Bunu unutmaq olmaz. Rəqib görüşə ciddi yanaşırdı. Qol vəziyyətləri yratsaq da, bundan istifadə edə bilmədik”.
0