“Xəzər-Lənkəran”ın hücumçusu ermənilərə futbol dərsi keçdi
13.08.2009 - 10:06
“Xəzər-Lənkəran”ın hücumçusu ermənilərə futbol dərsi keçdi
Futbol üzrə Moldova milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, İrəvanda Ermənistan yığması ilə qarşılaşan İqor Dobrovolskinin yetirmələri meydan sahiblərini darmadağın ediblər - 4:1. Bu qələbədə Azərbaycan Premyer Liqasında oynayan futbolçuların da əməyi olub.

Start heyətində meydana çıxan “Olimpik” klubunun üzvü Sergey Laşenkov 70 dəqiqə mübarizə aparıb. “Bakı”nın müdafiəçisi Aleksey Savinov və “Xəzər-Lənkəran”ın yeni transferi Denis Kalinkov ikinci hissədə meydana daxil olub. Nəticədə moldovalılar 1991-ci ildə Gürcüstanla oyundan sonra (4:2) ilk dəfə bir matça 4 qol vurublar.

Ermənilərin qapısına vurulan qolların ikisində Kalinkovun böyük rolu olub. Məhz onun iştirak etdiyi hücumları komanda yoldaşları qola çeviriblər. Moldova yığmasının 3-cü qolunu isə “Neftçi”nin baxışa dəvət edib, amma bəyənmədiyi Valeri Andronik vurub.

Qeyd edək ki, bu matçda hakim 3 penalti təyin edib. Ermənilər iki dəfə 11 metrlik zərbəsini qaçırdıqdan sonra moldovalılara da şans verilib. Qonaqlar isə bu fürsətdən layiqincə yararlanıblar.
0