Milli komandamız qalib gəldi
13.08.2009 - 10:22
Milli komandamız qalib gəldi
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-17) yoldaşlıq oyununda qüvvəsini sınayıb. Apasport.az-ın AFFA rəsmi saytına istinadən məlumatına görə, Oliver Pelzerin yetirmələri belaruslu həmyaşıdları ilə qarşılaşıblar. Matç milli komandamızın minimal hesablı qələbəsi ilə nəticələnib. U-17-nin yeganə qoluna Rəhman Hacıyev imza atıb.
0