Rəqiblər oynadı, biz baxdıq
13.08.2009 - 10:47
Rəqiblər oynadı, biz baxdıq
21 yaşadək futbolçular arasında 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının mübarizə apardığı 10-cu qrupda bir qarşılaşma baş tutub.

İlk oyunlarını keçirən komandaların görüşündə Belarus yığması öz meydanında Avstriya üzərində qələbə qazanıb - 2:1. Meydan sahiblərinin qollarını Vladimir Yurçenko (6-cı dəqiqə) və İqor Filipenko (60-cı dəqiqə) vurublar. Avstriyalıların heyətində isə Daniel Beyçler 30-cu dəqiqədə fərqlənib. Bu matçdan sonra Azərbaycan yığması qrupda oyun keçirməyən yeganə komanda kimi qalıb.

Yığmamız yarışa sentyabrda start verəcək. Ayın 5-də Albaniyanın qonağı olacaq Bernard Lippertin yetirmələri 4 gün sonra Belarusu qəbul edəcək.

1

Şotlandiya

2

2

0

0

6-2

6

2

Belarus

1

1

0

0

2-1

3

3

Azərbaycan

0

0

0

0

0-0

0

4

Avstriya

1

0

0

1

1-2

0

5

Albaniya

2

0

0

2

2-6

0

0