Mixael Ballak: Azərbaycana vurduğumuz birinci qol ziyanımıza oldu...
13.08.2009 - 10:59
Mixael Ballak: Azərbaycana vurduğumuz birinci qol ziyanımıza oldu...
“Azərbaycan milli komandasını məğlub etdiyimiz üçün çox sevinirik. Axı, biz vətənə mütləq qələbə ilə dönməli idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının kapitanı Mixael Ballak deyib.

Dünya çempionatının seçmə mərhələsinin oyununda Azərbaycan yığması üzərində 2:0 hesablı qələbə barədə fikirlərini bölüşən Bundestimin təcrübəli yarımmüdafiəçisi maraqlı ifadə işlədib: “Erkən qol vurmağımız ziyanımıza oldu. Bundan sonra oyuna nəzarəti itirdik. Öz optimal oyunumuzu tapmağa çətinlik çəkirdik. Amma əslində, bundan da artığına qadir idik”.
0