“Bakıda bəxtimiz gətirdi”
13.08.2009 - 11:25
“Bakıda bəxtimiz gətirdi”
“Bakıdakı qarşılaşmada hökmən qələbə qazanmalı idik. Biz də bu vəzifənin öhdəsindən gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Per Mertezaker deyib.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan yığmasını iki cavabsız qolla məğlub etdikdən sonra 25 yaşlı müdafiəçi sevincini gizlətməyib: “Bu qələbə bizi arxayınlaşdırmamalıdır. Düzdür, indi sevinirik. Amma matçda yaşananlardan nəticə çıxarmalıyıq. Bir neçə epizodda aşkar bəxtimiz gətirdi”.
0