Jaba bu gün gəlir
13.08.2009 - 12:18
Jaba bu gün gəlir
Türkiyənin “Ankaragücü" klubunun 28 yaşlı braziliyalı hücumçusu Joao de Carvalyo (Jaba) "Bakı" ilə anlaşmaq üzrədir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, ötən mövsüm Ankara təmsilçisində 35 oyunda 11 qola imza atan 28 yaşlı futbolçu bu gün Azərbaycana gələcək.

“Bakı” rəhbərliyi daha çox Jaba kimi tanınan cənubi amerikalı ilə ilkin razılıq əldə edib. “Zolaqlılar”ın heyətində məşqlərə qatılacaq və tibbi müayinədən keçəcək legionerlə ortaq məxrəcə gəlinərsə, rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, braziliyalı Vilyam Roşa Batistanın klubu tərk etməsindən sonra “Bakı” hücumçu axtarır. Avropa Liqasında böyük uğur qazanmaq istəyən komandamızın maraqlandığı rumıniyalı Daniel Oprita artıq Bakıdadır.
0