Respublika stadionunda xəyallarında uçan alman futbolçu kim olub?
13.08.2009 - 12:46
Respublika stadionunda xəyallarında uçan alman futbolçu kim olub?
“İkinci hissənin ortalarından etibarən biz xəyallarda uçuşurduq. Artıq Azərbaycanla qarşılaşmanı deyil, gələcəyi, qarşıdakı matçları düşünürdük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının müdafiəçisi Filipp Lam deyib.

Almaniya yığması dünya çempionatının seçmə mərhələsində çərçivəsində Bakıda milli komandamızla görüşdə 2:0 hesablı qələbə qazanıb. Amma 26 yaşlı Lam göstərdikləri oyundan narazı qalıb: “Qarşılaşmaya nəzarətin itməsi təşəbbüsün rəqibə keçməsinə səbəb oldu. Oyun quruculuğunda həddən artıq səhvlər buraxırdıq. Bütün bunlar da meydan sahiblərinin xeyrinə idi”.
0