“Tvente” rəqibini darmadağın etdi - FOTOSESSİYA
13.08.2009 - 13:00
“Tvente” rəqibini darmadağın etdi - FOTOSESSİYA
Hollandiyanın “Tvente” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisinin yeni mövsümə hazırlaşan qadınlardan ibarət komandası ilk yoxlama görüşündə rəqibini darmadağın edib.

“Tvente” yerli “Burqhuizen”lə matçda rəqibin qapısına 5 cavabsız qol vurub. Qollara Dekker (2), van der Heyde, Vigger və Basiç imza atıb.

Qeyd edək ki, “Tvente”nin kişilərdən ibarət komandası Avropa Liqasının dördüncü təsnifat mərhələsində Azərbaycan kubokunun qalibi “Qarabağ”ın rəqibidir.
0