FİFA yığmamızın 2 futbolçusunu diskvalifikasiya etdi
13.08.2009 - 13:27
FİFA Azərbaycan milli komandasının 2 futbolçusunu diskvalifikasiya edib. Apasport.az saytının məlumatına görə, yığmamızın iki müdafiəçisi sentyabrın 5-də dünya çempionatının seçmə qrup mərhələsində Finlandiyaya qarşı matçda oynaya bilməyəcək. Söhbət Rail Məlikov və Aleksandr Çertoqanovdan gedir.
Onlar dünya çempionatının seçmə mərhələsində ikinci dəfə sarı vərəqə ilə cəzalandırılıblar. Həm Məlikov, həm də Çertoqanov dünən Almaniya ilə matçda xəbərdarlıq alıb. Buna görə də adıçəkilən futbolçuların sentyabrın 5-də Lənkəran şəhər stadionunda finlərə qarşı oynamalarına imkan verilməyəcək.
Qeyd edək ki, Məlikov bu il martın 28-də Rusiya ilə Moskvada, Çertoqanov isə ötən il sentyabrın 10-da Lixtenşteynlə Bakıdakı görüşdə ilk xəbərdarlığını alıb.

- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
- Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir
- Levandovski MLS-ə gedir - “Çikaqo Fayr”la razılaşdı
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
0
0