“Yaxşı ki, hesabı qarşılaşmanın əvvəlində açdıq, yoxsa...”
13.08.2009 - 14:19
“Yaxşı ki, hesabı qarşılaşmanın əvvəlində açdıq, yoxsa...”
“Azərbaycan yığması ilə oyunda işimizin nə dərəcədə çətin olduğunu hamı gördü. Buna baxmayaraq, qələbə qazandıq. 3 xal əldə etməyimiz sevindiricidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya çempionatının oyununda Azərbaycan milli komandasının qapısına ilk qolu vuran Bastian Şvaynştayger deyib.

Almaniya yığmasının 25 yaşlı yarımmüdafiəçisi gələcək oyunlardan da danışıb: “Bizdən əvvəl Bakıda seçmə oyun keçirən komandaların heç biri birdən artıq qol vurmayıb. Biz isə daha çox - 2 dəfə fərqləndik. Yaxşı ki, hesabı qarşılaşmanın əvvəlində açdıq. Yoxsa işimiz daha çətin ola bilərdi. İndi qarşıda Azərbaycanla ev oyunumuz var. Sonra isə Rusiyada, süni örtükdə oynamaq kimi çətin bir işin öhdəsindən gəlməli olacağıq”.

Qeyd edək, yığmamızla qarşılaşmada Bundestim hər hissədə bir qol vuraraq, 2:0 hesabı ilə qalib gəlib.
0