“Milan”dan Devid Bekhemə yeni təklif
13.08.2009 - 14:48
“Milan”dan Devid Bekhemə yeni təklif
“Milan” rəhbərliyi Devid Bekhemi “Los Anceles Qalaksi” klubundan geri qaytarmaq istəyir. Apasport.az saytının məlumatına görə, italiyalılar ötən mövsüm olduğu kimi, 34 yaşlı məşhur futbolçunun xidmətindən yenə yararlanmaq niyyətindədirlər.

Lakin Bekhemin agenti qarşı tərəfə hələlik qəti cavab verə bilməyəcəklərini söyləyib. O, ingilis yarımmüdafiəçini gələcəkdə nələr gözlədiyindən də xəbərsiz olduğunu vurğulayıb.

Qeyd edək ki, Devid 2008/09 mövsümündə icarə əsasında bir neçə ay “Milan”ın şərəfini qoruyub və A seriyası başa çatdıqdan sonra “Los Anceles Qalaksi”yə dönüb.
0