Bakıya gəldi, Rummeniggeyə çatdı
13.08.2009 - 15:38
Bakıya gəldi, Rummeniggeyə çatdı
Almaniya milli komandasının futbolçusu Miroslav Kloze Bundestimin heyətində 45-ci qolunu vurmaqla, əfsanəvi Karl-Hayns Rummeniggeyə çatıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu buna dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirilən oyunda nail olub.

Görüşün 54-cü dəqiqəsində komandasının ikinci qoluna imza atan Kloze Almaniya yığmasının bombardirləri siyahısında yalnız 3 futbolçudan geri qalır. Polşada anadan olan Miroslav daha iki qol vuracağı təqdirdə, Yurgen Klinsmann və Rudi Föllerə çatacaq. Bu, yığmada 89 matç keçirən futbolçunun ikinci pilləyə şərik olmasına şərait yaradacaq. Bundestim tarixinin ən yaxşı bombardiri isə 62 qarşılaşmada 68 dəfə fərqlənən Herd Müllerdir.

Hazırda Almaniya yığmasında karyerasını davam etdirən Mixael Ballak 41, Lukaş Podolski 33 qolla ilk “onluq”da qərarlaşıb.
0