“Xəzər-Lənkəran” bu gün oynasaydı...
13.08.2009 - 15:50
“Xəzər-Lənkəran” bu gün oynasaydı...
“Xəzər-Lənkəran” klubu Azərbaycan Premyer Liqasında iştirak edəcək futbolçuların siyahısını Peşəkar Futbol Liqasına (PFL) təqdim edib. PFL-in mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, lənkəranlılar hələlik 19 oyunçunu sifariş edə bilib.

3 qapıçı, 5 müdafiəçi və 10 yarımmüdafiəçini iştirak ərizəsinə daxil edən “Xəzər-Lənkəran” bu gün meydana çıxmalı olsaydı, yalnız bir hücumçuya bel bağlaya bilərdi. Bir neçə legioner hücumçu ilə anlaşan cənublular onların transfer vərəqinin yolunu gözləyir. Hələlik baş məşqçi Ağasəlim Mircavadov 4 ölkədən 9 legionerin xidmətindən yararlana bilər. Dörd braziliyalı, iki bolqarıstanlı, bir türkiyəlinin yer aldığı komandanın daha iki üzvü Hollandiya vətəndaşı sayılır. “Zanbaqlar ölkəsi”nin nümayəndəsi, əslən türk Fatih Sonkaya və əslən bolqar İvan Svetkovun isə iki vətəndaşlığı var.

Qeyd edək ki, klublar avqustun 31-dək iştirak ərizəsində dəyişiklik edə bilər.

Qapıçılar: 1. Dmitri Kramarenko (12.09.1974), 32. Zabid Səfərov (01.02.1987), 25. Kamran Ağayev (09.02.1986).

Müdafiəçilər: 3. Denis Silva (28.12.1985), 21. Rodomir Todorov (11.08.1980), 19. Kostadin Cambazov (06.07.1980), 2. Fatih Sonkaya (01.07.1981), 7. Ruslan Poladov (30.11.1979).

Yarımmüdafiəçilər: 18. Alim Qurbanov (05.12.1977), 14. Rahid Əmirquliyev (01.09.1989), 30. Mario Serjio (30.12.1977), 10. Ceyhun Sultanov (12.06.1979), 8. Osvaldo Junior (07.07.1982), 15. Rəşad Kərimov (02.04.1986), 23. Nizami Hacıyev (08.02.1988), 5. Dieqo Qusmao (12.09.1988), 72. Devran Ayhan (25.03.1978), 17. Ramazan Abbasov (22.09.1983).

Hücumçu: 9. İvan Tsvetkov (31.08.1979)
0